Toğrul Əsgərov gümüş medal qazandı - Yenilənib

Toğrul Əsgərov gümüş medal qazandı - Yenilənib
  22 Avqust 2016    Oxunub:17783
“Rio-2016” Yay Olimpiya Oyunlarında sərbəst güləş yarışlarına 65 kiloqram çəki dərəcəsində idmançımız Toğrul Əsgərov Olimpiadanın son günündə mükafat uğrunda yarışa qoşulub.
AzVision.az xəbər verir ki, Toğrul Əsgərov səkkizdəbir finalda ukraynalı Andrey Kvyatovsk üzərində 12-2 hesabı ilə təmiz qələbə qazanıb.

İdmançımız dörddəbir final mərhələsinə adlayıb.

***

Güləşçimiz Toğrul Əsgərov Braziliyada keçirilən Olimpiya oyunlarında ikinci görüşünə çıxıb.

Toğrul Əsgərov Amerikalı rəqibi Frank Molinaroya 10-0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

***



Güləşçimiz Toğrul Əsgərov yarımfinal mərhələsində italiyalı rəqibini məğlub edərək finala yüksəlib.

***

Finala vəsiqə qazanan Olimpiya çempionumuz Toğrul Əsgərov qızıl medal uğrunda mübarizədə rusiyalı Soslan Ramonovla qarşılaşacaq.

Final görüşü təxminən saat 21:15-də başlayacaq.

***
65 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçimiz Toğrul Əsgərov qızıl medal uğrunda mübarizədə rusiyalı Soslan Ramonova məğlub olaraq Rio Olimpiadasının gümüş medalını qazanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti