Xetaq da qızılı əldən verdi - Yenilənib

Xetaq da qızılı əldən verdi - Yenilənib
  22 Avqust 2016    Oxunub:5992
“Rio-2016” Yay Olimpiya Oyunlarında sərbəst güləş yarışlarında Azərbaycan yığmasının üzvü - 97 kiloqram çəki dərəcəsində Xetaq Qazyumov medal uğrunda mübarizəyə qoşulub.
X.Qazyumov onaltıdabir final mərhələsində Polşa təmsilçisi Radoslav Baranla qarşılaşıb.

Görüş təmsilçimizin 3-0 hesablı qələbəsi ilə başa çatıb.

***

Xetaq Qazyumov (97 kq) səkkizdəbir finalda İran təmsilçisi Reza Məhəmməd Əli Yəzdani ilə qarşılaşıb. Təmsilçimiz görüşdən 2:1 hesablı qələbə ilə ayrılıb. Xetaq Qazyumov adını dörddəbir finala yazdırıb.

***

Azərbaycan sərbəst güləşçisi Xetaq Qazyumov 1/4 final mərhələsində özbəkistanlı idmançı İbrahimov Məhəmməd üzərində qələbə qazanaraq yarışın yarımfinal mərhələsinə yüksəlib.

***



Güləşçimiz Xetaq Qazyumov yarımfinal mərhələsində ukraynalı rəqibini 11:00 hesabla məğlub edərək finala adlayıb. Bununla da güləşçimiz ən azı olimpiadanın gümüş medalımı qazanmış oldu.

Qeyd edək ki, 65 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz Toğrul Əsgərov da final mərhləməsinə yüksəlib.

***

XXXI Yay Olimpiya Oyunlarının finalına yüksəlməklə ən azı gümüş medalı təmin edən güləşçimiz Xetaq Qazyumov həlledici qarşılaşmada ABŞ idmançısı Kayl Frederik Snayder ilə üz-üzə gələcək.

Final qarşılaşması Bakı vaxtı ilə təxminən saat 22:15-də başlayacaq.

***

Güləşçimiz Xetaq Qazyumov finalda ABŞ idmançısı Kayl Frederik Snayderə məğlub olaraq gümüş medal qazanıb.


AzVision.az


Teqlər:  





Xəbər lenti