Braziliya olimpiya çempionu oldu

Braziliya olimpiya çempionu oldu
  21 Avqust 2016    Oxunub:1676
“Rio-2016” Olimpiya Oyunlarında futbol yarışlarının finalında Braziliya və Almaniya komandaları qarşılaşıblar.
Matçda hesabı Braziliya yığmasının oyunçusu Neymar açıb. Görüşün 59-cu dəqiqəsində Mask Meyer Almaniya millisinin cavab qolunu vurub. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə olunmuş 30 dəqiqədə də qapılara qol vurulmayıb. Qalib penalti seriyası ilə müəyyən olunub. Braziliyalılar zərbələri daha dəqiq yerinə yetiriblər – 5:4. Beləliklə, Olimpiya qızılı ev sahiblərinə qismət olub.

Üçüncü yer uğrunda görüşdə isə Nigeriya millisi Honduras komandasını 3:2 hesabı ilə məğlub edib.

AzVision.az


Teqlər:





Xəbər lenti