Azərbaycan Rioda 14-cü medalı qazandı - Yenilənib

Azərbaycan Rioda 14-cü medalı qazandı - Yenilənib
  21 Avqust 2016    Oxunub:4183
Güləşçimiz Şərif Şərifov bürünc medal uğrunda görüşdə venesuela idmançısı Pedro Seballosu 5:1 hesabı ilə məğlubiyyətə uğradaraq “Rio-2016”nın mükafatçıları sırasında yer alıb.
Bununla da komandamızın hesabındakı medalların sayı 14-ə çatıb.

***

Şərif Şərifov yarımfinalda Rusiya idmançısı, ikiqat dünya çempionu Abdulrəşid Sadullayevə məğlub olub. O, bürünc medal uğrunda mübarizə aparacaq.

***

Güləşçimiz dörddəbir finalda Polşa idmançısı Zbiqnev Mateus Baranovskiyə qalib gələrək yarımfinala yüksəlib.

***

Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.

Yarışda 86 kiloqram çəki dərəcəsində çıxış edən Olimpiya çempionumuz Çin idmançısı Bi Şenqfenq ilə qarşılaşıb.

Rəqibini məğlub edən Şərif Şərifov dörddəbir finala yüksəlib.

AzVision.az


Teqlər:  





Xəbər lenti