Nəzərinizə çatdırırıq ki Gürcüstan Respublikasınin Mestiya rayonunda yerləshən bu dağ dünyanın müxtəlif ölkələrindən olan alpinistlərin diqqətini cəlb etmiş və hər kəs o zirvəyə qalxmaq arzusunda olmuşdur. Lakin bu hər kəsə qismət olmamışdır . O zirvəyə qalxmaq idmançılardan yüksək fiziki hazlılıq tələb edir. Belə ki, bu dağda müxtəlif səbəblərdən kifayət qədər ölüm hallarının olmasi nəticəsində bu dağ dunyanin ən çətin 4000 m lik zirvələrindən biri hesab edilir.
"Qafqaz gözəli", "Qafqaz Matterhornu" adlandırılan dağ svan dilindən tərcümədə "Bədbəxtlik gətirən dağ" mənasını verir. Zirvə ilk dəfə 1888-ci ildə John Garford Cokklin və Ulrich Almer tərəfindən fəth edilib.
Qafqazda Elbrus, Kazbek kimi zirvələrə çıxmaq olar, Pamir və Himalayda yeddi və səkkiz minlik zirvələri fəth etmək olar, amma Uşba kimi texniki cəhətdən çətin, hava şəraitinin tez-tez dəyişdiyi, sərt yamacları olan Uşbaya çıxmaq xüsusi bacarıq və cəsarət tələb edir. Uşbaya çıxmaq hər alpinistin arzusudur. Bu günə qədər neçə-neçə alpinist "Bədbəxtlik gətirən dağın" buzlaqlarında əbədi olaraq uyuyur.
AzVision.az