`Hakimlər haqsızlıq etdilər` - Cəbrayıl Həsənov

`Hakimlər haqsızlıq etdilər` - Cəbrayıl Həsənov
  20 Avqust 2016    Oxunub:4124
Rusiya idmançısı ilə güləş zamanı hakimlər haqsızlıq etdilər. Rəqibim döyüş zamanı üç-dörd dəqiqə istirahət etdi və özünə gəldi.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın verdiyi məlumata görə, bunu Rio-2016-da bürünc medal qazanmış Azərbaycan güləşçisi Cəbrayıl Həsənov deyib.

Rusiya idmançısı ilə mübarizədən sonra ruhdan düşsəm də, məşqçilər məni yarımfinala köklədilər və şükür Allaha mən üçüncü yeri əldən vermədim, deyə Cəbrayıl Həsənov bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti