Useyn Bolt 9 qat Olimpiya çempionu oldu

Useyn Bolt 9 qat Olimpiya çempionu oldu
  20 Avqust 2016    Oxunub:2465
Useyn Bolt Yamayka yığmasının heyətində 4x100 metr məsafəyə estafet qaçışı yarışlarında Olimpiya çempionu olub.
AzVision.az xəbər verir ki, yarışda Yamayka yığması (Useyn Bolt, Asafa Pauel, Nikel Aşmid və Yoxan Bleyk) 37,27 saniyə nəticə ilə birinci, Yaponiya yığması ikinci (37,60), ABŞ yığması isə üçüncü yeri tutub (37,62).

Bununlada Yamaykalı sprinter doqquzqat Olimpiya çempionu adını qazanıb.

Bundan əvvəl isə Useyn Bolt 2008-ci ildə Pekində və 2012-ci ildə Londonda keçirilən Olimpiadalarda 6 qızıl medal əldə edib.

AzVision.az




Teqlər:  





Xəbər lenti