`Güclü yox, şanslı qalib gəlir` - Bürünc medalçımız

`Güclü yox, şanslı qalib gəlir` - Bürünc medalçımız
  20 Avqust 2016    Oxunub:1861
Olimpiya Oyunlarında fiziki güclü yox, daha çox şanslı olan qalib gəlir.
AzVision.az xəbər verir ki, bu sözləri “Rio-2016”da bürünc medala sahib olan Azərbaycan güləşçisi Hacı Əliyev Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə söhbəti zamanı deyib.

“Çünki mən də daxil olmaqla, bir çox güclü idmançı bu Olimpiya Oyunlarında məğlub oldu. Mən rəqibim Gürcüstan təmsilçisinə uduzacağıma inanmazdım. Çünki ona qalib gələcəyimə dair güclü hissim var idi. Amma olmadı, qismət. Olimpiya Oyunlarında həmişə belə sensasiyalar baş verir. Ən əsası odur ki, “Rio-2016”nı medalsız başa vurmadım”, - deyə H.Əliyev əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti