Ermənini udan idmançımız: `Qızıl medal söz vermişəm`
Yarımfinalda Almaniya ermənisi Artyom Harutyunyanla döyüşünü şərh edən kubalı legioner görüşü yüksək səviyyədə keçirərək qələbə qazandığını bildirib. O, Azərbaycana olimpiya çempionluğu söz verdiyini xatırladıb: "Mən Azərbaycana qızıl medal söz vermişəm. Bu gün qollarım qüvvətli, özüm hazırlıqlı idim. Əmin idim ki, qələbə qazanacağam. Finalda fiziki hazırlığım, qollarım, endirəcəyim zərbələr bundan da güclü olacaq. Çünki mən özümü qələbəyə hazır hiss edirəm. Bu gün döyüşü yaxşı keçirərək qələbə qazandım. Finalda da özbək rəqibim üzərində qələbə qazanaraq, qızıl medal əldə edəcəyəm. İnanıram ki, çempion olacağam".
Qeyd edək ki, Lorenso Sotomayor Azərbaycan tarixində olimpiadanın finalına yüksələn ilk boksçu olub. Erməni rəqibi Artyom Harutyunyana qalib gələn idmançımız gümüş medalı özü üçün təmin edib.
AzVision.az