Boksçumuz erməniyə qalib gəlib - Finala çıxdı

Boksçumuz erməniyə qalib gəlib  - Finala çıxdı
  20 Avqust 2016    Oxunub:8241
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Lorenso Sotomayor yarımfinal görüşünə çıxıb.

AzVision.az-ın məlumatına görə, 64 kq. çəki dərəcəsində çıxış edən kubalı legionerin rəqibi Almaniya ermənisi Artyom Harutyunyan olub.

Görüşü üstün səviyyədə keçirən Sotomayor hər 3 raunddan qalib ayrılıb.

Bununla da Azərbaycan təmsilçisi finala yüksələrək, ölkəmizin boks tarixində ilkə imza atıb. İndiyə kimi olimpiadalarda finalçımız olmamışdı.

AzVision.az


Teqlər:  





Xəbər lenti