Fəridə Əzizova yarımfinalda - Yenilənib

Fəridə Əzizova yarımfinalda - Yenilənib
  20 Avqust 2016    Oxunub:2974
Fəridə Əzizova dörddəbir finalda Asiya çempionatının mükafatçısı özbəkistanlı Niqora Tursunqulova ilə döyüşdə 5:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.
Yarımfinal qarşılaşması saat 00:30-da keçiriləcək.

***

Avqustun 19-da XXXI Yay Olimpiya Oyunlarının taekvondo yarışlarında digər təmsilçimiz - birinci Avropa Oyunlarının gümüş, dünya çempionatlarının bürünc medalçısı və beynəlxalq turnirlərin qalibi Fəridə Əzizova dayanq üzərinə çıxıb.

AzVision.az xəbər verir ki, turnirdə 67 kiloqram çəki dərəcəsində qadınların mübarizəsində yarışan taekvondoçumuz Fəridə Əzizova səkkizdəbir final mərhələsində ABŞ idmançısı Payqe Makferson ilə döyüşüb.

“London-2012”nin və dünya çempionatının gümüş medalçısı ilə görüşdə rəqibinə 6:5 hesabı ilə qalib gələn təmsilçimiz dörddəbir final mərhələsinə adlayıb.

İdmançımız növbəti mərhələdə Niqora Tursunqulova (Özbəkistan) - Elin Yohansson (İsveç) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti