Güləşçimiz bürünc uğrunda yarışacaq- Yenilənib

Güləşçimiz bürünc uğrunda yarışacaq- Yenilənib
  20 Avqust 2016    Oxunub:3342
Güləşçimiz Cəbrayıl Həsənov rusiyalı rəqibinə məğlub olaraq finala çıxa bilməyib.
Görüş 5:4 hesabı ilə Rusiya təmsilçisinin qələbəsi ilə başa çatıb.

Cəbrayıl Həsənov bürünc medal uğrunda mübarizə aparacaq.

***

Dörddəbir finalda Cəbrayıl Həsənov gürcüstanlı Yakob Makaraşvili ilə üz-üzə gəlib.

AzVision.az xəbər verir ki, Cəbrayıl Həsənov gürcüstanlı Yakob Makaraşviliyə qalib gələrək yarımfinala yüksəlib.

***

Daha bir sərbəst güləşçimiz Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.

AzVision.az xəbər verir ki, yarışda 74 kiloqram çəki dərəcəsində çıxış edən ikiqat qat Avropa çempionumuz Cəbrayıl Həsənov səkkizdəbir finalda kolumbiyalı Karlos Arturo İzkierdo Mendesdən üstün olub.

O, cəmi 2 dəqiqə 40 saniyə davam edən görüşdə vaxtından əvvəl qələbə qazanıb - 10:0.

Dörddəbir finalda Cəbrayıl Həsənov gürcüstanlı Yakob Makaraşvili ilə üz-üzə gələcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti