Taekvondoçumuz finalın bir addımlığında - Yenilənib

Taekvondoçumuz finalın bir addımlığında - Yenilənib
  20 Avqust 2016    Oxunub:2598
İdmançımız Milad Beigi Harçeqani dörddəbir finalda iranlı Mehdi Xodabaxşiyə 17:5 hesabı ilə qalib gələrək yarımfinal mərhələsinə adlayıb.
Yarımfinal görüşü gecə saat 00:15-də başlayacaq.

***

Taekvondoçumuzun növbəti mərhələdəki rəqibi müəyyənləşib.

AzVision.az xəbər verir ki, Milad Beigi Harçeqani dörddəbir finalda iranlı Mehdi Xodabaxşi ilə görüşəcək.

Bu qarşılaşma saat 22:45-də başlayacaq.

***

17:34

Rio-de-Janeyrodakı XXXI Yay Olimpiya Oyunlarının on dördüncü günündə - avqustun 19-da taekvondo yarışlarında mübarizəyə qoşulan Azərbaycan idmançısı Milad Beigi Harçeqaninin dayanq üzərində ilk çıxışı uğurlu olub.

AzVision.az xəbər verir ki, turnirdə 80 kiloqram çəki dərəcəsində kişilərin mübarizəsində yarışan taekvondoçumuz Milad Beigi Harçeqani səkkizdəbir final mərhələsindəki ilk görüşündə Mali idmançısı İsmael Kulibali ilə qarşılaşıb.

Son iki dünya çempionatının mükafatçısı olan afrikalı idmançı ilə döyüşdə rəqibini 13:6 hesabı ilə məğlub edən təmsilçimiz dörddəbir final mərhələsinə yüksəlib.

AzVision.az


Teqlər:  





Xəbər lenti