Useyn Bolt 8 qat Olimpiya çempionu oldu

Useyn Bolt 8 qat Olimpiya çempionu oldu
  19 Avqust 2016    Oxunub:2419
Əfsanəvi yamaykalı sprinter Üseyn Bolt karyerasında Olimpiya Oyunlarının səkkizinci qızıl medalını qazanıb.

AzVision.az-ın məlumatına görə, atlet Rio-2016-da 200 metr distansiya üzrə final mərhələdə 19,78 saniyə nəticə göstərərək birinci yerə çıxıb.

Gümüç medala kanadalı Andre de Qrasse (20,2 saniyə), bürünc medala isə fransalı Kristof Lemetr (20,12 san.) layiq görülüb.

Qeyd edək ki, Üseyn Bolt Rio-2016-da bundan əvvəl 100 metr distansiya da qızıl medal qazanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti