Rio-2016: Daha bir medal qazandıq

Rio-2016: Daha bir medal qazandıq
  19 Avqust 2016    Oxunub:2119
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləş yarışlarının beşinci günündə 53 kiloqram çəki dərəcəsində çıxış edən qadın güləşçimiz Nataliya Sinişin ilk görüşündə yaponiyalı 13 qat dünya və üçqat Olimpiya çempionu Saori Yoşidaya məğlub olub.
Rəqibin finala yüksəlməsi ilə güləşçimiz təsəlliverici görüşlərdə iştirak hüququ qazanıb.

Bürünc medala gedən yolda güləşçimizin ilk rəqibi seneqallı Elezabet Sambu olub.

Güləşçimiz təsəlliverici görüşünü qələbə ilə başa vurub. Seneqallı Elezabet Sambunu məğlub edən güləşçimiz bürünc medal uğrunda görüşdə Venesuela təmsilçisi Angelisa Arquella ilə qarşılaşıb.

Azərbaycan güləşçisi Nataliya Sinişin bürünc medal uğrunda görüşdə Angelisa Arquellaya qalib gələrək "Rio-2016"nı üçüncü pillədə başa vurub.

Bununla da Azərbaycan Braziliyada 11-ci medalı qazanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti