Boksçumuz bürünc medal qazandı

Boksçumuz bürünc medal qazandı
  19 Avqust 2016    Oxunub:1668
Azərbaycan boksçusu Kamran Şahsuvarlı (75 kq) “Rio-2016” Yay Olimpiya Oyunlarında dördüncü görüşünə çıxıb.
AzVision.az xəbər verir ki, yarımfinal mərhələsində dünya çempionu, Panamerika Oyunlarının birincisi, kubalı Arlen Lopeslə qarşılaşan Kamran Şahsuvarlı rəqibinə məğlub olaraq “Rio-2016”da çıxışını dayandırıb və Olimpiya Oyunlarını bürünc medalla başa vurub.

K.Şahsuvarlı əvvəlki üç görüşündə Zao Minqqanq (Çin), Artyom Çebotaryovu (Rusiya), dünya çempionu, qazaxıstanlı boksçu Janibek Alimxanlını mübarizədən kənarlaşdırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti