`Qarabağ`ın oyunu canlı yayımlanacaq

`Qarabağ`ın oyunu canlı yayımlanacaq
  18 Avqust 2016    Oxunub:2408
Avropa Liqasının pley-off mərhələsinin ilk matçları çərçivəsində "Qarabağ" sabah İsveçin "Qöteborq" komandasının qonağı olacaq.
AzVision.az xəbər verir ki, təmsilçimizin bu görüşü "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq. Qarşılaşma sabah Bakı vaxtı ilə 21:00-da start götürəcək.

Qeyd edək ki, avqustun 25-i baş tutacaq cavab matçı da "İdman Azərbaycan"da canlı yayımlanacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti