Rio-2016: Kayakçımız finalda (Yenilənib)

Rio-2016: Kayakçımız finalda (Yenilənib)
  17 Avqust 2016    Oxunub:2235
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən kayakçı İnna Osipenko-Radomskaya 1 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşün yarımfinal mərhələsində uğurla çıxış edib.
AzVision.az- ın məlumatına görə, Sloveniyalı Spela Ponomarenko Yaniç, Böyük Britaniya təmsilçisi Raçel Kavtorn, Bridcit Hartley (Cənubi Afrika Respublikası), kanadalı Emile Fournel, portuqaliyalı Tereza Portela və almaniyalı Fransiska Veberə qarşı yarışan kayakçımız məsafəni 1 dəqiqə 57,627 saniyəyə qət edərək finala yüksəlib.

O, yalnız almaniyalı Frantsişka Veberdən 1,112 saniyə geri qalaraq 2-ci yeri tutub. Final yürüşü avqustun 18-də keçiriləcək.

**

2016-cı il Rio-de-Janeyro yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən kayakçı İnna Osipenko-Radomskaya 500 metr məsafəyə yürüşə başlayıb.

AzVision.az-ın məlumatına görə, idmançımızın seçmə yürüşdəki rəqibləri slovakiyalı Martina Kohlova, serbiyalı Dalma Ruziçiç Benedek, polşalı Evelina Vojnarovska, avstriyalı İvonne Şurinq, avstraliyalı Naomi Flud və rusiyalı Yelena Anyuşina olub.

Məsafəni 1 dəqiqə 51.750 saniyəyə qət edən idmançımız qrup birincisi olub. Bununla da Osipenko-Radomskaya yürüşün qalibi olaraq yarımfinala adlayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti