Patimatın debütü uğursuz olub

Patimatın debütü uğursuz olub
  17 Avqust 2016    Oxunub:1700
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən taekvondoçu Patimat Abakarova ilk görüşünə çıxıb.
AzVision.az -ın məlumatına görə, 49 kq çəki dərəcəsində yer alan dağıstanlı idmançının rəqibi serbiyalı Tiyana Boqdanoviç olub.

1/8 final qarşılaşması Avropa çempionu Boqdanoviçin qələbəsi ilə yekunlaşıb - 3:2.

İndi Abakarova bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılmaq üçün Boqdanoviçin finaladək irəliləməsini gözləməlidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti