Rioda növbəti biabırçılıq: Türk idmançılar qarət olundu
AzVision.az-ın məlumatına görə, bu dəfə Türkiyə milli komandasının qadın üzgüçüləri qarət olunub.
Hadisə Olimpiya kəndində qeydə alınıb. İdmançıların otaqda olmadığını fürsət bilən oğrular qapını sındırma yolu ilə içəri daxil olublar.
Hazırda hadisə ilə bağlı araşdırma aparılır və Olimpiya kəndində təhlükəsizlik tədbirləri gücləndirilib.
Qeyd edək ki, türkiyəli üzgüçülər artıq vətənə geri dönüblər.
Kənan Məmmədov
AzVision.az