Taekvondoçularımızın rəqibləri bəlli oldu

Taekvondoçularımızın rəqibləri bəlli oldu
  16 Avqust 2016    Oxunub:1702
Rio-2016 Yay Olimpiya Oyunlarında taekvondo yarışlarının püşkatması keçirilib.
AzVision.az-ın məlumatına görə, Azərbaycan yığmasının rəqibləri məlum olub.

Taekvondoçumuz Patimat Abakarova (49 kq) ilk olaraq serbiyalı Tiyana Boqdanoviç ilə qarşılaşacaq. Rəqib həmyerlimiz üçün kifayət qədər tanışdır.

Görüş sabah Bakı vaxtı ilə saat 17:00-da keçiriləcək.

Avqustun 19-da 2 taekvondoçumuz mübarizəyə qoşulacaq. Onlardan Avropa Oyunlarının qalibi və Avropa çempionu Milad Beiqi Harçeqani (80 kq) malili İsmael Koulibaliylə qarşılaşacaq.

Döyüş saat 17:15-də start götürəcək.

Həmin gün mübarizəyə qoşulacaq Fəridə Əzizova (67 kq) amerikalı Payqe Makferson ilə üz-üzə gələcək. Bu görüş isə saat 18:30-da baş tutacaq.

Son olaraq taekvondoçumuz Radik İsayev (+80 kq) avqustun 20-də qazaxıstanlı Ruslan Japarovu sınağa çəkəcək. Döyüşün saat 19:45-də keçiriləcək.

Qeyd edək ki, taekvondo yarışları 1/8 finaldan başlayır.

AzVision.az


Teqlər:  





Xəbər lenti