Olimpiadada 3-cü medalı belə qazandıq - FOTOLAR

Olimpiadada 3-cü medalı belə qazandıq - FOTOLAR
  16 Avqust 2016    Oxunub:9322
Xəbər verdiyimiz kimi, Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarının yunan-Roma güləşi yarışlarında 130 kiloqram çəki dərəcəsində çıxış edən Azərbaycan güləşçisi Sabah Şəriəti bürünc medal qazanıb.
Mübarizəyə səkkizdəbir final mərhələsindən qoşulan Sabah Şəriəti ilk görüşündə ABŞ idmançısı David Timoti Robert Smitdən üstün olsa da dörddəbir final mərhələsində türkiyəli Rza Kayaalpa məğlub olub.



Rəqibin finala yüksəlməsi güləşçimizə təsəlliverici görüşlərə qatılmaq imkanı verib. Belə ki, Sabah Şəriəti Venesuela idmançısı Ervin Coz Karaballo Kabreraya qalib gələrək bürünc medal uğrunda güləşməyə nail olub. Növbəti mərhələdə Almaniya idmançısı Eduard Poppa da qalib gələn Sabah Şəriəti "Rio-2016"nın bürünc medalına sahib olub.



AzVision.az idmançımızın görüşlərindən olan fotoları təqdim edir.

































İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti