Elvin Məmişzadə 1/4 finala çıxdı

Elvin Məmişzadə 1/4 finala çıxdı
  15 Avqust 2016    Oxunub:1933
Avqustun 15-də “Rio-2016” Yay Olimpiya Oyunlarında Azərbaycan boksçusu Elvin Məmişzadə (52 kq) birinci görüşünə çıxıb.
AzVision.az xəbər verir ki, səkkizdəbir final mərhələsində qazaxıstanlı Oljas Sattıbayevlə qarşılaşan dünya çempionu, birinci Avropa Oyunlarını qalibi, qitə çempionatlarının mükafatçısı Elvin Məmişzadə rəqibini hər üç raundda məğlub edərək növbəti mərhələyə yüksəlib.

E.Məmişzadənin dörddəbir final mərhələsindəki rəqibi Asiya çempionu, özbəkistanlı Şakhobidin Zoirovdur.

Döyüş avqustun 17-də saat 22:30-da keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti