Rio-2016: Kayakçımız finalda - Yenilənib

Rio-2016: Kayakçımız finalda - Yenilənib
  15 Avqust 2016    Oxunub:2730
Kayakçımız İnna Osipenko-Radomskayanın yarımfinalda da uğurla çıxış edib.
AzVision.az xəbər verir ki, məsafəni 39.803 dəqiqəyə qət edən idmançımız öz qrupunda yenidən birinci olaraq finala adlayıb.

Ən güclü 8 kayakçının iştirakı ilə həlledici yürüş sabah saat 16:47-də başlayacaq.

**

“Rio-2016” Yay Olimpiya Oyunlarında kayakçımız İnna Osipenko-Radomskaya bir nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə seçmə yürüşə qatılıb.

AzVision.az xəbər verir ki, idmançımızın rəqibləri özbəkistanlı Olqa Umaraliyeva, slovakiyalı Martina Kohlova, kubalı Yusmari Menqana, almaniyalı Konni Vassmut, argentinalı Sabrina Amegino və Cənubi Afrika Respublikasının təmsilçisi Bricit Ellen Hartli olub.

Məsafəni 40.702 saniyəyə qət edən İnna Osipenko-Radomskaya qrupda birinci olaraq yarımfinala yüksəlib.

AzVision.az


Teqlər:  





Xəbər lenti