Rio-2016: 27 idmançımız qalıb

Rio-2016: 27 idmançımız qalıb
  15 Avqust 2016    Oxunub:2219
Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları davam edir.
AzVision.az xəbər verir ki, yarışda iştirak edən Azərbaycanın 56 idmançısından 29-u Olimpiadada çıxışını başa vurub.

Komandamızın heyətində hələlik Rüstəm Orucovla Elmar Qasımov gümüş medal qazanıb.

Olimpiadada ölkəmizi təmsil edən 56 idmançıdan 36-sı ilk dəfə Olimpiya Oyunlarının iştirakçısı olub. Komandamız daha geniş beynəlmiləl tərkibə malikdir və əsasən titullu idmançılardan ibarətdir. Onların əksəriyyəti nüfuzlu beynəlxalq idman yarışlarında lisenziya qazanmaqla yanaşı, eyni zamanda, həmin yarışların qalibi olaraq dünya və Avropa çempionları adına layiq görülüb.

Rio-de-Janeyroda Azərbaycan güləş, gimnastika və boks olmaqla, 3 hakimlə də təmsil olunur. Bundan başqa, idmançılarımızı 34 məşqçi, 6 həkim, fizioterapevtlər, texniki işçilər və digərləri müşayiət edir.

XXXI Yay Olimpiya Oyunlarına avqustun 21-də yekun vurulacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti