UEFA-dan azərbaycanlı hakimə yeni təyinat

UEFA-dan azərbaycanlı hakimə yeni təyinat
  15 Avqust 2016    Oxunub:1892
UEFA futzal üzrə azərbaycanlı FİFA referisi Yusif Nurullayevə yeni təyinat verib.

AzVision.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, Y.Nurullayev UEFA kubokunun ilkin təsnifat mərhələsinin C qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.

Qrupda Almaniyanın "Hamburg Panthers", Uelsin "Kardiff Universiteti", Norveçin "Sandefjord Fotball" və Moldovanın "Klassik Kişinau" komandaları mübarizə aparacaq.

Qeyd edək ki, oyunlar 18-21 avqustda Moldovada keçiriləcək.

Kənan Məmmədov
AzVision.az


Teqlər:





Xəbər lenti