Rioda olimpiya çempionunu `polislər` soydu

Rioda olimpiya çempionunu `polislər` soydu
  15 Avqust 2016    Oxunub:2693
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunları zamanı daha bir xoşagəlməz hadisə baş verib.

AzVision.az-ın məlumatına görə, ABŞ-ın Olimpiya və dünya çempionu üzgüçü Rayan Loxte və onun milli komandadan 3 dostu silahlı hücuma məruz qalıb.

ABŞ-ın Olimpiya Komitəsindən verilən açıqlamada idmançıların gecə klubundan çıxdıqdan sonra əyləşdikləri taksinin qarşısının polis formalı şəxslər tərəfindən kəsildiyi bildirilir.

Cinayətkarlar idmançıların pul və qiymətli əşyalarını götürüblər.

Kənan Məmmədov
AzVision.az


Teqlər:





Xəbər lenti