Elvin Mürsəliyev uduzdu - Yenilənib
Elvin Mürsəliyev səkkizdəbir finalda Doshan Kartıkov (Qazaxıstan) ilə qarşılaşacaq.
Turnirdə 59 kiloqram çəki dərəcəsində döşək üzərinə çıxan yunan-Roma güləşçimiz, Olimpiya Oyunlarının ikiqat gümüş mükafatçısı və dünya çempionu, Avropa çempionatının iki qat qızıl medalçısı Rövşən Bayramov 1/8 finaldakı rəqibi Venesuela güləşçisi Rayber Xose Rodrigez Orozko ilə görüşüb.
Bayramov rəqibini məğlub edərək dörddəbir final mərhələsinə adlayıb.
***
Güləşçimiz Elvin Mürsəliyev növbəti qələbəsini qazanıb. Döşək üzərinə çıxan Elvin Mürsəliyev 1/8 final mərhələsində Qazaxıstan idmançısı Doshan Kartıkovu mübarizədən kənarlaşdıraraq dörddəbir finala adlayıb.
***
E.Mürsəliyev 1/4 final mərhələsində rəqibi dünya və Avropa çempionu Peter Başçiyə (Macarıstan) məğlub olaraq “Rio-2016”da mübarizəni dayandırıb.
AzVision.az