2000 illik rekordu yeniləyən üzgüçü idmandan gedir
Qeyd edək ki, beş dəfə Olimpiya oyunlarında iştirak edən M.Felps 26 medal qazanıb. Onların 22-si qızıl, 2-si gümüş və 2-si isə bürüncdür.
Rio-de-Janeyro Olimpiya Oyunlarının altıncı günündə 31 yaşlı üzgüçü 200 metr məsafəyə kompleks üzməkdə qalib gəlməklə 22 dəfə Olimpiya çempionu adına sahib çıxıb. Bununla o, Qədim Yunanıstan atleti Rodoslu Leonidin 2000 illik rekordunu təzələyib.
AzVision.az