Yığmamızdan imtina edən idmançı Olimpiya çempionu oldu
Belə ki, Nicat birdən qaldırmada 165 kq, təkanla isə 214 kq ağırlığın öhdəsindən gəlib. Sabiq idmançımızın təkanla qaldırmada öhdəsindən gəldiyi ağırlıq onu dünya rekordçusu edib. Rəhimov dünya rekorduna imza atmaqla Qazaxıstanın "Rio-2016"da ilk qızıl medalını təmin edib.
Xatırladaq ki, Azərbaycan Ağır Atletika milli komandasının sabiq bolqar baş məşqçisi Zlatan Vanevlə problemlər yaşadığına görə, Nicat Rəhimov yığmamızı tərk edib. İki illik diskvalifikasiyadan sonra Qazaxıstan yığmasının şərəfini qoruyan Rəhimov bu ölkənin idmançısı kimi ötən il ABŞ-ın Hyuston şəhərində dünya çempionu olub. 23 yaşlı Nicat Rəhimov Bakıda anadan olub.
Anar Kəlbiyev
AzVision.az