Boksçumuz `Rio-2016`ya qələbə ilə başladı

Boksçumuz `Rio-2016`ya qələbə ilə başladı
  10 Avqust 2016    Oxunub:1822
Azərbaycan boksçusu Kamran Şahsuvarlı “Rio-2016” Yay Olimpiya Oyunlarının dördüncü günündə keçirdiyi ilk qarşılaşmasını qələbə ilə başa vurub.
75 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz 1/16 final mərhələsində çinli Minqqanq Cao ilə qarşılaşıb. Rəqibini 3:0 hesabı ilə məğlub edən K.Şahsuvarlı səkkizdəbir final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, yığmamız Rioda 10 kişi, 1 qadın boksçu ilə təmsil olunur. Turnirdə 49 kiloqram çəkidə yarışan Rüfət Hüseynov ilk turda mübarizəni dayandırıb. Teymur Məmmədov (81 kq) və Abdulqadir Abdullayev (91 kq) də Olimpiadada ilk qarşılaşmalarında qələbə qazanıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti