Rioda növbəti skandal: Bayraqdar həbs edildi

Rioda növbəti skandal: Bayraqdar həbs edildi
  09 Avqust 2016    Oxunub:11377
Rio-2016-da növbəti növbəti qalmaqal yaşanıb.
AzVision.az mərakeşli idmançının qulluqçunu zorlamasından sonra daha bir hadisə baş verib.

Bu dəfə Namibiyanın bayraqdarı, boksçu Cunius Conas qulluqçunu zorlamağa çalışıb. 22 yaşlı afrikalı həbs olunub və hazırda müvəqqəti saxlanma kamerasındadı.

64 kq çəki dərəcəsində yarışan boksçu cümə günə fransız boksçu Həsən Amzile ilə döyüşəcəkdi. Böyük ehtimalla fransız idmançıya texniki qələbə veriləcək. Çünki, Conas Rio-2016-da iştirak hüququndan məhrum edilib.

Qeyd edək ki, Mərakeşli boksçu Hassan Saada da iki xidmətçi qadına təcavüz etdiyi üçün həbs edilmişdi. Hər iki idmançı hələ də polis bölməsində saxlanılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti