Boksçumuz fransalı rəqibini nokauta saldı

Boksçumuz fransalı rəqibini nokauta saldı
  09 Avqust 2016    Oxunub:2354
Braziliyada keçirilən XXXI Yay Olimpiya Oyunlarının üçüncü günündə Azərbaycan boksçusu, dünya çempionatının bürünc medalçısı, birinci Avropa Oyunlarının qalibi Abdulqadir Abdullayev (91 kq) mübarizəyə başlayıb.
Boksçumuz rinqdəki ilk döyüşündə Fransa idmançısı Paul Omba Bionqolo ilə qarşılaşıb. Fransalı rəqibini texniki nakautla məğlub edən Abdulqadir Abdullayev dörddəbir final mərhələsinə vəsiqə qazanıb.

Avqustun 10-da növbəti döyüşünə çixacaq idmançımızın rəqibi özbəkistanlı Rustam Tulaganov olacaq.

Qeyd edək ki, yığmamız Rioda 10 kişi, 1 qadın boksçu ilə təmsil olunur. Turnirdə 49 kiloqram çəkidə yarışan Rüfət Hüseynov ilk turda mübarizəni dayandırsa da, 81 kiloqramda çıxış edən Teymur Məmmədov Olimpiadaya qələbə ilə başlayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti