Azərbaycan yığmasından imtina edən idmançı tualetdə yıxıldı
Bunu yığmanın məşqçisi Yuri Kuçinov açıqlayıb. 48 kq çəki dərəcəsində çıxış edən yetirməsinin imkanlarından aşağı çıxış edib, 8-ci yeri tutmasına münasibət bildirən mütəxəssis uğursuzluğu idmançının sağlamlığı ilə əlaqələndirib:
“Birdən qaldırma hərəkətlərindən öncə Yuliya özünü pis hiss etdi və tualetə yollandı. Orada huşunu itirib, yerə yıxılıb. Bu üzdən öncədən 100 kq sifariş etsək də, idmançının durumunu nəzərə alıb, çəki 5 kq yüngülləşdirdik. Onun durumunu nəzərə alıb, körpücüyə çıxacağına da inanmırdım. Paratovanın bu vəziyyətə düşməsi isə Olimpiada öncəsi çəkisini 53 kq-dan 48 kq-a salması idi”.
Qeyd edək ki, Paratova London Olimpiadasından sonra Azərbaycan yığmasından təklif alsa da, bundan imtina etmişdi. O, pulun hər şeyi həll etmədiyini söykəmişdi.
AzVision.az
Teqlər: