Cüdoçumuz Olimpiadanın yarımfinalına yüksəldi - Yenilənib

Cüdoçumuz Olimpiadanın yarımfinalına yüksəldi - Yenilənib
  07 Avqust 2016    Oxunub:28454
Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının ilk günündə Azərbaycan cüdoçusu Orxan Səfərov mübarizəyə qoşulub.
AzVision.az xəbər verir ki, turnirdə 60 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz 1/32 finalda Peru təmsilçisi Xuan Postiqos ilə üz-üzə gəlib. Rəqibini məğlub edən O.Səfərov növbəti mərhələyə yüksəlib.

Cüdoçumuz 1/16 final mərhələsində Qırğızıstan təmsilçisi Otar Bestayev ilə üz-üzə gələcək.

***

Cüdoçumuz növbəti qələbəsini qazanıb. O.Səfərov 1/16 final mərhələsində Qırğızıstan təmsilçisi Otar Bestayev üzərində təmiz qələbə qazanıb.

***

Cüdoçumuz növbəti mərhələdə Braziliya idmançı Felipe Kitadai ilə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn O.Səfərov yarımfinala yüksəlib.

AzVision.az


Teqlər:  





Xəbər lenti