FIFA Ramil Şeydayevlə bağlı qərarını açıqladı

FIFA Ramil Şeydayevlə bağlı qərarını açıqladı
  05 Avqust 2016    Oxunub:1490
FIFA-nın Oyunçuların Statusu Komitəsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının futbolçu Ramil Şeydayevlə bağlı müraciəti ilə əlaqədar qərar qəbul edib.
AzVision.az AFFA-nın saytına istinadən xəbər verir ki, FİFA AFFA və futbolçu Ramil Şeydayevin assosiasiyanın dəyişdirilməsi ilə bağlı xahişini təmin edib.

Bildirilib ki, futbolçu Ramil Şeydayevə bu qərar tərəflərə göndərilən tarixdən etibarən Azərbaycan milli komandasında çıxış etmək icazəsi verilsin.

FIFA bu barədə UEFA və Rusiya Futbol İttifaqını da məlumatlandırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti