Boksçularımızın `Rio-2016`dakı rəqibləri məlum oldu

Boksçularımızın `Rio-2016`dakı rəqibləri məlum oldu
  05 Avqust 2016    Oxunub:1482
“Rio-2016” Yay Olimpiya Oyunlarında boks yarışlarının püşkatma mərasimi keçirilib.
Püşkə əsasən, Azərbaycanın 4 boksçusu - Elvin Məmişzadə (52 kq), Albert Səlimov (60 kq), Pərviz Bağırov (69 kq) və Yana Alekseyevna (60 kq) ilk mərhələdən azaddır.

Digər boksçularımıza gəlincə, Rüfət Hüseynov (49 kq) namibiyalı Tulyungeleni Matias Hamunyela, Cavid Çələbiyev (56 kq) Qazaxıstan idmançısı Kayrat Yeraliyev, Loroenzo Sotomayor (64 kq) ukraynalı Volodimir Matviçuk, Kamran Şahsuvarlı (75 kq) Minqqanq Çao (Çin), Teymur Məmmədov (81 kq) Ukrayna təmsilçisi Denis Solonenko, Abdulkadir Abdullayev (91 kq) fransalı Paul Omba Bingolo, Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) mərakeşli Mohammed Arjaoui ilə qarşılaşacaq.

“Rio-2016”da boks yarışlarına avqustun 6-da start veriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti