Rio-2016-nın rəsmi açılışı olacaq

Rio-2016-nın rəsmi açılışı olacaq
  05 Avqust 2016    Oxunub:1983
Bu gün 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına rəsmən start veriləcək.
AzVision.az-ın məlumatına görə, Olimpiya Oyunlarının açılış mərasimi Bakı vaxtı ilə saat 03:00-da başlayacaq. Açılış mərasimindən sonra kamandan oxatma yarışları keçiriləcək.

XXXI Yay Olimpiya Oyunlarında 206 ölkə ilə bərabər qaçqınlardan ibarət komanda da iştirak edəcək. Ümumilikdə 11 min idmançı 306 dəst medal uğrunda mübarizə aparacaq.

Ölkəmizi olimpiadada 18 idman növü üzrə 56 idmançı təmsil edəcək.

Qeyd edək ki, səsmi açılışın bu gecə olsa da artıq olimpiadada futbol oyunları başlayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti