`Qəbələ` tarix yazdı - Möhtəşəm qələbə

`Qəbələ` tarix yazdı - Möhtəşəm qələbə
  05 Avqust 2016    Oxunub:2554
Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilib.
Turnirdə mübarizəni davam etdirən “Qəbələ” də növbəti oyununa çıxıb. Roman Qriqorçukun komandası Bakıda Fransanın “Lill” komandasını qəbul edib. Qarşılaşma "Qəbələ"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da "Qəbələ" tarixində ardıcıl üçüncü dəfə Avroliqanın pley-off mərhələsinə yüksəlib.

Futbol tariximizdə ilk dəfə olaraq məhz Qəbələ "böyük beşlik" ölkələrindən birinin təmsilçisini (Fransa) iki oyunun nəticəsinə əsasən, məğlub edərək mərhələ adlayan ilk klubumuz kimi tarixə düşüb.

AzVision.az



Teqlər:  





Xəbər lenti