“Qəbələ”- “Lill” oyunun bütün biletləri satılıb

“Qəbələ”- “Lill” oyunun bütün biletləri satılıb
  04 Avqust 2016    Oxunub:1373
Xəbər verdiyimiz kimi bu gün Avropa Liqasında III təsnifat mərhələsi çərçivəsində “Qəbələ” səfərdə 1:1 hesablı bərabərə qaldığı Fransanın “Lill” komandasını qəbul edəcək.
AzVision.az-ın məlumatına görə, artıq oyun üçün nəzərdə tutulan bütün biletlər satılıb. Belə ki, “Qəbələ”nin rəsmi “facebook” səhifəsində bu barədə məlumat paylaşılıb.

Qeyd edək ki, “Qəbələ” bu mərhələni keçəcəyi təqdirdə ardıcıl olaraq üçüncü dəfə Avroliqanın pley-off mərhələsində mübarizə aparacaq. “Qəbələ”- “Lill” qarşılaşması saat 21:00-da 8-ci kilometr qəsəbə stadionunda başlayacaq. Oyunu Rusiyadan olan hakimlər briqadası idarə edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti