"Qəbələ" çətin sınaq qarşısında

"Qəbələ" çətin sınaq qarşısında
  04 Avqust 2016    Oxunub:1681
Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
AzVision.az xəbər verir ki, ölkəmizi turnirdə təmsil edən “Qəbələ” növbəti oyununa çıxacaq.

“Qəbələ” ev oyununda səfərdə 1:1 hesablı bərabərə qaldığı Fransanın “Lill” komandasını qəbul edəcək. “Qəbələ”nin mərhələni keçməsi üçün qolsuz bərabərlik də fikayət edir. “Qəbələ” bu mərhələni keçəcəyi təqdirdə ardıcıl olaraq üçüncü dəfə Avroliqanın pley-off mərhələsində mübarizə aparacaq.

Qeyd edək ki, “Qəbələ”- “Lill” qarşılaşması saat 21:00-da 8-ci kilometr qəsəbə stadionunda başlayacaq. Oyunu Rusiyadan olan hakimlər briqadası idarə edəcək.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti