`Qarabağ` Bakıda tarix yaza bilmədi - VİDEO

`Qarabağ` Bakıda tarix yaza bilmədi - VİDEO
  03 Avqust 2016    Oxunub:3683
Avqustun 2-də Ağdamın "Qarabağ" futbol klubu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Çexiyanın "Viktoriya" (Plzen) komandası ilə qarşılaşıb.
AzVision.az xəbər verir ki, Türkiyəli baş hakim Hüseyin Göçekin idarə etdiyi oyunda hesabı təmsilçimiz açıb.

Görüşün 28-ci dəqiqəsində "Qarabağ"ın futbolçusu Muarrem Muarremin qolu komandasını hesabda önə çıxarıb.

Matçın 85-ci dəqiqəsində "Viktoriya"nın futbolçusu Mixael Krmençik hesabı bərabərləşdirib. Görüş 1:1 hesabı ilə başa çatıb. Komandalar arasında bir həftə əvvəl Çexiyada təşkil olunan oyunda hesab açılmamışdı. İki oyunun nəticəsinə görə, "Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb.



AzVision.az


Teqlər:  





Xəbər lenti