“Qarabağ” üçün tarixi gün

“Qarabağ” üçün tarixi gün
  02 Avqust 2016    Oxunub:4359
Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.
AzVision.az xəbər verir ki, Çempionlar Liqasında ölkəmizi təmsil edən “Qarabağ” cavab oyununa çıxacaq.

Azərbaycan çempionu Çexiya birincisi “Viktoriya”nı sınağa çəkəcək. Çexiyada keçirilən ilk oyunda qapılara qol vurulmayıb. Bu “Qarabağ”ın mərhələni keçməsi üçün yaxşı nəticədir.

“Qarabağ” “Viktoriya”nı məğlub edəcəyi təqdirdə Azərbaycan futbolunda ilkə imza atacaq. Belə ki, buna qədər heç bir klubumuz ÇL-də III təsnifat mərhələsini keçə bilməyib.


Qeyd edək ki, cavab oyunu 20:30 Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyunu Türkiyədən olan hakimlər briqadası idarə edəcək.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti