`Qəbələ` Azərbaycana xal qazandırdı

`Qəbələ` Azərbaycana xal qazandırdı
  29 İyul 2016    Oxunub:2103
UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.

AzVision.az-ın məlumata görə, dünən Avropa Liqasının III təsnifat mərhələsinin keçirilən 29 oyunundan sonra siyahıda dəyişiklik olub.

“Qəbələ”nin Fransada “Lill”lə heç-heçə etməsi (1:1) ölkəmizə 0.125 xal qazandırıb. Bununla da cari mövsüm toplanan xalımız 2,125-ə çatıb.

Son 5 mövsümün nəticələrinə görə, 15,625 xalı olan Azərbaycan isə 24-cü pillədəki yerini qoruyub.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti