`Viktoriya` - `Qarabağ` oyununda hesab açılmadı

`Viktoriya` - `Qarabağ` oyununda hesab açılmadı
  27 İyul 2016    Oxunub:1824
Ağdamın “Qarabağ” futbol klubu Çempionlar Liqasının III təsnifat mərhələsində Çexiyanın “Viktoriya” (Plzen) komandasının qonağı olub.
AzVision.az xəbər verir ki, qarşılaşmanı makedoniyalı baş hakim Aleksandar Stavrev idarə edib.

Görüşün ilk hissəsində Çexiya təmsilçisi üstün olsa da, hesab açılamyıb. İkinci hissəyə də “Viktoriya” fəal başlayıb.

Görüşün 75-ci dəqiqəsində kobud oyuna görə, “Viktoriya”nın futbolçusu Yan Baranek ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Rəqib komandanın azlıqda qalmasına baxmayaraq “Qarabağ” bundan yararlana bilməyib.

“Viktoriya” - “Qarabağ” oyununda hesab açılmayıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu bir həftə sonra Bakıda keçiriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti