`Lill`–`Qəbələ` matçı polşalı hakimlərə tapşırılıb

`Lill`–`Qəbələ` matçı polşalı hakimlərə tapşırılıb
  25 İyul 2016    Oxunub:1647
UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Lill” (Fransa) – “Qəbələ” (Azərbaycan) oyununa hakim təyinatları açıqlanıb.
Qitə futbol qurumu iyulun 28-də Lill şəhərində baş tutacaq matçı Daniel Stefanskinin başçılıq etdiyi polşalı briqadaya həvalə edib. D.Stefanskiyə yan xətt hakimləri Rafal Rostofski ilə David İqor kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Zbiqnev Dobrınin yerinə yetirəcək.

Otuz doqquz yaşlı D.Stefanski 2013-cü ildən avrokuboklarda hakimlik edir. Lakin o, bu 3 ildə klublarımızın matçlarına təyinat almayıb.

Bununla belə, “Qəbələ” komandasında ilk matçın hazırlıqları davam edir. İyulun 21-də 8-ci kilometr stadionunda Macarıstanın MTK klubuna qarşı keçirilən ikinci təsnifat mərhələsinin cavab qarşılaşmasının (2:0) ardından bir günlük istirahətə buraxılan qəbələlilər məşqlərini iyulun 23-dən etibarən bərpa ediblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti