Saakaşvili Milli Şuradan danışdı

  01 Avqust 2013    Oxunub : 442
Saakaşvili Milli Şuradan danışdı
Gürcüstan öz ərazisində Azərbaycana qarşı vurula biləcək zərərin hər-hansı təzahürlərinə imkan yaratmamalıdır.
Bu barədə Gürcüstan prezidenti Mixeil Saakaşvili Tbilisidə Azərbaycan müxalifətçilərinin görüşünü şərh edərkən bildirib.

"Biz demokratik ölkəyik və burada istənilən siyasi fəallığı göstərmək olar, lakin biz hamımız bilirik ki, insanların bu konkret qrupu, Rusiya tərəfindən Azərbaycan siyasətinə göndərilib və yalnız stabilliyi pozan bir andır", Saakaşvili qeyd edib.

Gürcüstan prezidenti vurğulayıb ki, sabit Azərbaycan sabit Gürcüstan deməkdir. "Gürcüstan hakimiyyəti özünü bu ölkə ilə bağlı çox ehtiyatla aparmalıdır, hansınaki son aylarda artıq zərər vura bilib," prezident qeyd edərək deyib ki, "Azərbaycanla münasibətləri qorumaq lazımdır".
Saakaşvili vurğulayıb ki, "hər bir halda Gürcüstan Azərbaycana qarşı yönəldilmiş manipulyasiya yeri olmamalıdır".

Tbilisidə iyulun 30-31-də mehmanxanaların birində Azərbaycan müxalifətinin nümayəndələri danışıqlar aparıblar.(Trend)

Teqlər: