Xaçmazda partlayış

  25 Fevral 2013    Oxunub : 574
Xaçmazda partlayış
Partlayış nəticəsində xəsarət alan olmayıb.
Xaçmaz rayonunun Ləcət kəndi ərazisində magistral qaz xəttində partlayış olub. Hadisə ötən gün axşam saatlarında qeydə alınıb. Qəza kəndin yaxınlığından keçən, Xudat şəhərini, Yalama və ətraf kəndləri mavi yanacaqla təmin edən yüksəktəzyiqli magistral xətdə baş verib.

Məlumata əsasən, kəmər korroziyaya uğrayıb. 5 sm sahədə əvvəl sızma, partlayış, sonra isə yanğın olub. Onun sözlərinə görə, hadisəyə səbəb uşaqların ehtiyatsızlığı olub. Partlayış nəticəsində qaz verilişi dayanmayıb.

Kəmərin bərpası istiqamətində iş gedir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı xəsarət alan olmayıb. Hazırda ərazidə təmir işləri aparılır. Faktla bağlı araşdırma aparılır.

Teqlər: