Messi ilə şəkil çəkdirmək üçün 1 kilometr üzdü
AzVision.az-ın məlumatına görə, ispaniyalı futbol azarkeşi Suli adlı gənc Messi ilə şəkil çəkdirmək üçün 1kilometr dənizdə üzüb.
Messinin yaxtasının yerləşdiyi ərazini GPS vasitəsilə tapan Sulini ulduz futbolçu göyərtədə qarşılayıb. Telefonunu dənizdə itirdiyinə görə, Messi köməkçisinin telefonu ilə Suli ilə şəkil çəkdirib.
“Mundo” nəşrinə müsahibə verən Suli bildirib ki, Messi çox qonaqpərvərdir: “O, çox qonaqpərvər və nəzakətli insandır. Telefonumu itirdim. Amma, Messi ilə şəkilim var”.
Kənan Məmmədov
AzVision.az