Rövnəq Abdullayev Sançezə mükafat verib

Rövnəq Abdullayev Sançezə mükafat verib
  11 İyul 2016    Oxunub:1867
Portuqaliya milli komandasının yarımmüdafiəçisi Renato Sançez 2016-cı il Avropa çempionatının ən yaxşı gənc futbolçu kimi SOCAR-ın mükafatına layiq görülüb.
AzVision.az xəbər verir ki, futbolçuya mükafatı SOCAR-ın prezidenti Rövnəq Abdullayev təqdim edib.

SOCAR mükafatı 1994-cü ilin yanvarın 1-dən sonra dünyaya gələnlərə şamil olunur və UEFA-nın texniki direktoru Yoan Lupeskunun rəhbərlik etdiyi texniki nəzarətçilər, eləcə də Aleks Ferqyuson və Alen Jiress tərəfindən seçilir.

Qeyd edək ki, Portuqaliya yığması final qarşılaşmasının əlavə vaxtında Ederin vurduğu bir qolla Avropa çempionu adını qazanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti